Türk İnvestisiya Fondunun baş direktoru TDT Baş katibi ilə görüşüb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Türk İnvestisiya Fondunun baş direktoru TDT Baş katibi ilə görüşüb

İstanbul, 7 iyun, Günel Karatepe, AZƏRTAC

Türk İnvestisiya Fondunun baş direktoru Ramil Babayev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Türk Dövlətləri Təşkilatından bildirilib.

Qeyd edilib ki, TDT-nin İstanbulda yerləşən əsas binasında baş tutan görüşdə Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev də iştirak edib.

Görüşdə fondun fəaliyyəti, eləcə də bölgəmizdə investisiya imkanları barəsində fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı nəzdində Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən yaradılan Türk İnvestisiya Fondunun mayın 18-də İstanbulda təsis iclası keçirilib. Tədbirdə fondla Türkiyə arasında “Ev Sahibi Ölkə Müqaviləsi” imzalanıb.

Azərbaycandan namizədliyi təqdim edilən Ramil Babayev fondun baş direktoru seçilib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top