Turizm xidmətlərinə dövlətin nəzarət edə bilməsi üçün mexanizmlər tətbiq ediləcək (ÖZƏL)
Azərbaycanda turizm xidmətlərinin səviyyəsinə dövlətin nəzarət edə bilməsi üçün müəyyən mexanizmlər tətbiq ediləcək.
Economic.az bildirir ki, bu sözləri Trend-ə Dövlət Turizm Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib.
K.Quluzadənin sözlərinə görə, Azərbaycanda 2000-dən çox turizm şirkəti fəaliyyət göstərir. Lakin onların hamısı elan etdikləri xidmətləri, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirə bilmirlər:
“Bu isə ölkənin ümumi imicinə, turizm sənayesinə xələl gətirir. Hansısa bir turist Azərbaycana gəlib lazımi səviyyədə xidmət almadıqda o, öz ölkəsinə qayıtdıqdan sonra ayrı-ayrı şəxslər haqqında deyil, ümumən ölkə haqqında rəyini bildirir. Bu da bizim nüfuzumuza zərər vurur. Ona görə də belə halların qarşısını almaq üçün hansısa bir mexanizmin tətbiqi məsələsi müzakirə edilir”.
“Digər mexanizm dövlətin öz əlində olan alətlərdən istifadə etməsidir. Amma bütün hallarda biz ilkin şərt olaraq, bunu deyirik ki, turizm sənayesinin iştirakçılarına təzyiq olmasın, maneə yaradılmasın, onlara dəstək göstərilsin. Biz məqsəd qoymamışıq ki, şirkətlərin sayı azalsın. Əsas məsələ xidmətin səviyyəsinin yüksəldilməsidir. Kim yüksək xidmət göstərə bilirsə, göstərsin, ölkəmizdə bazar açıq, biznes mühiti sağlamdır”.
K.Quluzadə əlavə edib ki, turizm şirkətlərinin reyestrə hansı şərtlər çərçivəsində daxil olması məsələsi də hazırda müzakirə edilir:
“Biz bu detalları bu gün açıqlaya bilmirik, çünki bu meyarlar hələ müzakirə edilir. Ümumiyyətlə isə reyestrə, bütün şirkətlər daxil ola bilərlər”.
BƏNZƏR MƏQALƏLƏR
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]
-
AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Frankfurt-Maynda keçirilən nüfuzlu “Passenger Terminal Expo 2024” konfransında […]
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti (“Rosobrnadzor”) […]