"Turizm Sahəsində Dual Təhsil Proqramı"na start verilib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Turizm Sahəsində Dual Təhsil Proqramı”na start verilib

ECONOMİC: Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası birgə peşə təhsil müəssisələrində aşpaz və turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisasları üzrə təhsil alacaq tələbələrin “Turizm Sahəsində Dual Təhsil Proqramı”na start verib.

Proqramın məqsədi sənaye nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdır.

Proqram müddətində tələbələr ilk 1 ayı təhsil müəssisəsində keçirəcək və ilkin baza biliklərə sahiblənəcəklər. İkinci aydan etibarən seçilmiş tələbələr həftə ərzində bir neçə gün peşə təhsil müəssisəsində – teorik biliklərə, həftənin digər qismində isə hotellərdə onlara təyin olunmuş mentorlar vasitəsilə praktiki bacarıqlara yiyələnəcəklər.

İlkin olaraq proqramın Bakı və Qəbələ şəhərlərində yerləşən peşə təhsil müəssisələrində ümumilikdə 4 qrup olmaqla tətbiqi nəzərdə tutulub. 1 illik tədris müddətinin sonunda tələbələr teorik biliklər, ölkənin qabaqcıl hotellərində təcrübəyə yiyələnmək imkanı ilə yanaşı  diplom da əldə edəcəklər. Proqram Bakıda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində və Bakı Turizm Peşə Məktəbində aşpaz ixtisası üzrə, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində isə aşpazlıq və turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisasları üzrə həyata keçiriləcəkdir.

Dual təhsil proqramına tələbə qəbulu dövlət-özəl sektorun nümayəndələri tərəfindən müsahibə yolu ilə həyata keçiriləcək. Layihə çərçivəsində Abşeron Hotellər qrupu, Hilton Hotel, JW Marriott Absheron Baku, Qəbələ Hotellər Qrupu tərəfdaş qismində çıxış edirlər. Proqram çərçivəsində gələcəkdə digər hotellərlə əməkdaşlıq məsələləri də nəzərdən keçiriləcəkdir.

Qeyd edək ki, “Turizm Sahəsində Dual Təhsil Proqramı”na qatılmaq istəyən şəxslər 20 avqust tarixinədək http://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçərək ixtisas seçimini yekunlaşdırmalıdırlar.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top