
Turistlər üçün səfər sığortası ilə bağlı müzakirələr aparılıb
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə səfər sığortası üzrə işçi qrupunun görüşü keçirilib.
Görüşdə səfər sığortasının həm daxili, həm xarici turizmdə aktiv istifadəsinin təmin edilməsi üzrə müzakirələr aparılıb. Görüş zamanı beynəlxalq təcrübədə ölkəyə daxil olan turistlər üçün səfər sığortasının məcburi qaydada tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda, turizm şirkətlərinin istehlakçılar qarşısında məsuliyyətinin müəyyən edilməsi üçün məsuliyyət sığortasının yaradılmasının əhəmiyyəti vurğulanıb.
Görüş zamanı Azərbaycan Turizm Assosiasiyası (AZTA) tərəfindən turizm sektorunda səfər sığortasının tətbiqi üçün mövcud problemli məqamlar və bununla bağlı həll metodları səsləndirilib.
Görüşün yekunu olaraq sığortaçılar səfər sığortasının ölkəyə daxil olan turistlərə münasibətdə məcburi qaydada tətbiqi ilə bağlı “Turizm haqqında” Qanuna dəyişiklik təklifi və təklifin hazırlanmasından sonra müvafiq qurumlara müraciət edilməsi qərara alınıb.
BƏNZƏR MƏQALƏLƏR
Cənub turizm dəhlizi üzrə Lənkəran-Astara regional xəritəsi hazırlanıb
Тело сообщения Əgər e-məktub düzgün görünmürsə, buraya klik edin. Cənub turizm dəhlizi üzrə Lənkəran-Astara regional xəritəsi hazırlanıb […]
Aqroturizmin inkişaf etdirilməsi üçün bələdçi kitabı hazırlanıb
Dövlət Turizm Agentliyi ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlığı çərçivəsində kənd təsərrüfatı və turizm […]
Florian Zenqstşmid: “Hindistan Azərbaycan turizmi üçün vacib bazardır”
“Hindistan Azərbaycan turizmi üçün vacib bazardır”. Bunu avqustun 21-də Azərbaycan və Hindistanın 30-a yaxın turizm […]