Turistlər üçün ən təhlükəsiz ölkələr – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Turistlər üçün ən təhlükəsiz ölkələr

Turistlər üçün yeni interaktiv xəritələr tərtib olunub. Ümumi təhlükəsizlik, tibb və yolların vəziyyəti ilə bağlı aparılmış araşdırmaların əks olunduğu xəritələrdə bütün göstəricilər üzrə Finlandiya birinci yerdədir.

Economic.az AZƏRTAC a istinadən xəbər verir ki, “İnternational SOS” agentliyinin tərtib etdiyi xəritələr üzrə ən təhlükəsiz ölkələr Finlandiya, Norveç və İslandiya, təhlükəli isə Liviya, Əfqanıstan və Somalidir.

Tibbi göstəricilər baxımından da, bütün Mərkəzi, Şimali və Qərbi Avropa, o cümlədən Türkiyə, ABŞ, Kanada, Yaponiya və Avstraliya ən yaxşı ölkə hesab olunur. Bu sahə üzrə ən pis vəziyyət isə Venesuela, Liviya, İraq, Suriya və bir sıra Afrika ölkələrində qeydə alınıb.

Yolların vəziyyəti və təhlükəsizliyi baxımından da ilk yerlərdə Şimali və Qərbi Avropa, Kanada, Yaponiya, Avstraliya qərarlaşır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top