TuranBank AMFA-nın təsis etdiyi “İlin üzv təşkilatı – 2016” nominasiyasının qalibi olmuşdur - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

TuranBank AMFA-nın təsis etdiyi “İlin üzv təşkilatı – 2016” nominasiyasının qalibi olmuşdur

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) üzv təşkilatlar arasında uğurlu fəaliyyəti ilə seçilən qurumu müəyyən etmək üçün keçirdiyi sorğunun nəticələrinə əsasən TuranBank qurumun “2016-cı ilin üzv təşkilatı” nominasiyasının qalibi olmuşdur.  Bankdan economic-ə verilən məlumata görə, mükafat Bankın əməkdaşlarının AMFA tərəfindən həyata keçirilən layihə və tədbirlərdə aktiv iştiraklarına görə təqdim olunmuşdur.

Mükafat Banka bir sıra beynəlxalq və yerli investor şirkətlərinin, xidmət təminatçılarının, mikromaliyyə və ixtisaslaşmış maliyyə ekspertlərinin iştirak etdiyi 8-ci Azərbaycan Mikromaliyyə konfransının gedişində təqdim olunmuşdur.

Qeyd edək ki, 2013-cü ildə TuranBank AMFA-nın “Effektiv Korporativ İdarəetmə” və 2015-ci ildə isə “Kənd təsərrüfatı və regionların inkişafı sahəsində qabaqcıl təcrübəyə malik təşkilat” nominasiyalarının qalibi seçilmişdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top