Tural Məmmədov: “İT işçiləri müəyyən problemlər yaşayırlar” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Tural Məmmədov: “İT işçiləri müəyyən problemlər yaşayırlar”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tədbirə qeydiyyat avqust ayından başlayıb. 650 nəfər qeydiyyatdan keçib. Hər təlim üçün müraciətlərdə ilk 60 nəfərin qeydiyyatı təsdiqlənib”.

Oxu.Az xəbər verir ki, bunu 26-27 oktyabrda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” tədbiri ilə bağlı brifinqdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov deyib.

O bildirib ki, təlimlərdə kiberhücumlar zamanı aktiv reaksiyalar ölçülür:

“Fövqəladə, böhran vəziyyətdə reaksiya və hesabatlılıq önəmli götürüləcək. İT işçiləri hesabatların hazırlanmasında, mövcud vəziyyətin rəhbərliyə çatdırılmasında problemlər yaşayırlar. Kritik infrastrukturlar barədə məlumatlı və hazırlıqlı olmaq, bu istiqamətdə operativ reaksiya və atılması vacib olan addımlarla bağlı təcrübələr bölüşüləcək. Növbəti mərhələlərdə banklara məxsus ödəmə sistemlərinin müdafiəsi ilə bağlı yarışlar olacaq. Gələcəkdə daha spesifik sahələrdə fərqli tematik yarışlar keçiriləcək”.

Könül Cəfərli

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top