MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

tramvay

Tramvaydan imtina edildi

Bu gündən relslərin sökülməsinə başlanılıb

Özbəkistanın paytaxtı Daşkənddə 120 ildən sonra tramvaydan imtina edilib. “Uzbekistan News” xəbər verir ki, Daşkənd Bələdiyyəsi tramvayların məhsuldar işləməməsi və paytaxtdakı avtomobillərin sayının artması ilə əlaqədar yolların genişləndirilməsinin vacibliyini irəli sürərək tramvay xətlərinin ləğv edilməsinə qərar verməsindən sonra mayın 3-də relslərin sökülməsinə başlanılıb.

Qeyd edək ki, Daşkənddə tramvay səfərləri 1896-cı ildə belçikalı bir şirkət tərəfindən başlamışdı. Özbəkistanın müstəqilliyini əldə etməsindən sonra, digər ictimai nəqliyyat vasitələrinin yayılması ilə Daşkənddə tramvaylar əhəmiyyətini itirib, avtobus və metro isə populyarlaşıb. 1990-cı ildə sərnişin daşımasının 20 faizinin tramvayla edildiyi Daşkənddə 2015-ci ildə bu nisbət 4,8 faizə düşmüşdü.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top