Trampa qarşı sui-qəsd zamanı iki nəfər ölüb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Trampa qarşı sui-qəsd zamanı iki nəfər ölüb

Vaşinqton,14 iyul, AZƏRTAC

ABŞ-ın Pensilvaniya ştatında keçmiş prezident, Respublikaçılar Partiyasının bu ilki prezident seçkilərində real namizədi Donald Trampa qarşı təşkil olunmuş sui-qəsd zamanı bir nəfər ölüb. AZƏRTAC-ın verdiyi məlumata görə, bu barədə hadisənin baş verdiyi Batler şəhərinin prokuroru açıqlama yayıb. Bildirilir ki, sui-qəsdi təşkil edən şəxs də hadisə zamanı ölüb. İnsidentin detalları hələlik açıqlanmayıb.

Donald Trampın seçki kampaniyasının mətbuat xidməti keçmiş prezidentin vəziyyətinin yaxşı olduğunu və tibb müəssisəsində müayinədən keçdiyini bildirib. Məxfi Xidmət də keçmiş prezidentin təhlükəsiz şəraitdə olduğuna dair məlumat yayıb. Ağ Ev isə Prezident Co Baydenin baş vermiş hadisə ilə bağlı məlumatlandırıldığını açıqlayıb.

Qeyd edək ki, Pensilvaniya ştatında seçicilərlə görüş zamanı ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsd təşkil olunub.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top