Tramp prezident seçildiyi halda vitse-prezident təyin edəcəyi şəxsin adını açıqlayıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Tramp prezident seçildiyi halda vitse-prezident təyin edəcəyi şəxsin adını açıqlayıb

Vaşinqton,15 iyul, AZƏRTAC

ABŞ-da Respublikaçılar Partiyasının real namizədi Donald Tramp prezident seçiləcəyi halda vitse-prezident təyin edəcəyi şəxsin adını açıqlayıb. AZƏRTAC-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, o, vitse-prezidentin Ohayo senatoru Ceyms Devid Vans olacağını bildirib.

Donald Trampın öz seçimini bu gün Miluoki şəhərində başlayan Respublikaçılar Partiyasının Milli Qurultayında rəsmən açıqlaması gözlənilir. Qeyd edək ki, 15-18 iyul tarixlərində keçirilən Milli Qurultayda Respublikaçılar Partiyasının noyabrda keçiriləcək prezident seçkilərində namizədi rəsmi şəkildə elan olunacaq.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top