Tramp “Dəmir günbəz” adlı müasir raketdən müdafiə sistemi yaratmağa söz verib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Tramp “Dəmir günbəz” adlı müasir raketdən müdafiə sistemi yaratmağa söz verib

Bakı, 29 iyun, AZƏRTAC

ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Dəmir günbəz” adlı müasir raketdən müdafiə sistemi yaratmağa söz verib.

AZƏRTAC xəbər verir ki, bu barədə eks-prezident Virciniyadakı tərəfdarları qarşısında bildirib.

“Növbəti vəzifəmdə ölkəmiz üzərində böyük “Dəmir günbəz” yaradacağıq. Bu, indiyədək heç kimin görmədiyi ən müasir raket əleyhinə müdafiə sistemi olacaq”, – deyə Tramp qeyd edib.

ABŞ prezidentliyinə namizəd deyib ki, gələcək raketdən müdafiə sistemi yalnız Amerika komponentlərindən hazırlanacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top