Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi – Zəhərlənə bilərsiniz! – VİDEO
Toyuq dönərinin satışı 10 ildən çoxdur ki, qadağan edilib. Qadağaya baxmayaraq toyuq dönəri satanların sayı ildən-ilə artır. Bu dönərdən istifadə etmək qida zəhərlənmələrinə də səbəb ola bilər.
İllərdir ki, toyuq dönəri qadağan edilsə də, buna əməl edən yoxdur. Paytaxt Bakıda ildən-ilə toyuq dönəri satanların sayı artıb.
Dönərçilər qadağadan xəbərsiz olduqlarını deyirlər.Onlar toyuq dönəri satmalarını müxtəlif cür izah ediblər.
Dönər satanlar israrla bu iş üçün müvafiq qurumlardan icazələrinin olduğunu bildirirlər. Amma icazə ilə bağlı sənədi istəyəndə cavab tapmaqda çətinlik çəkirlər.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, toyuq dönərinin satışı 2006-cı ildən qadağan edilib.2015-ci ilə qədər mərkəz dönərxanaların fəaliyyətinə nəzarət edə bilirdi. Amma sahibkarlıq obyektlərində yoxlamalar dayandırıldığından işbazlar üçün əsl fürsət yaranıb.
Şöbə müdirinin sözlərinə görə isti havalarda məhz toyuq dönərindən qida zəhərlənməsi riski daha yüksəkdir.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda dəri istehsalı ilə bağlı vəziyyət nə yerdədir?
Natiq Cəfərli deyir ki, dəri istehsalı sahəsində ixtisaslaşan xarici investorların ölkəyə cəlb edilməsi, bu sahənin […]
-
Pambığın alış qiyməti növbəti dəfə artırıldı
Pambıqçı fermerlərə daha bir müjdə: pambığın alış qiyməti növbəti dəfə artırıldı Fermerlərin maddi rifah halının […]
-
Un və çörək satışı bazarında monitorinqlər aparılır
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək satışı bazarında […]