“Toyota”nın bazar dəyəri qalmaqal səbəbindən 18,5 milyard dollar azalıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Toyota”nın bazar dəyəri qalmaqal səbəbindən 18,5 milyard dollar azalıb

Bakı, 8 iyun, AZƏRTAC

Yaponiyanın ən böyük avtomobil istehsalçısı “Toyota Motor”un bazar kapitallaşması avtomobillərin təhlükəsizliyi və istismarına dair məlumatların saxtalaşdırılması ilə bağlı qalmaqala görə həftə ərzində 2,9 trilyon yen (18,5 milyard dollar) azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.

Bu, şirkətin ümumi kapitallaşmasının təxminən 5 faizini təşkil edir. Tokio Fond Birjasında “Toyota Motor” səhmlərinin ucuzlaşması iyunun 4-də pozuntular məlum olduqdan sonra demək olar ki, bütün ticarət günlərində davam edib. Ekspertlər və analitiklər qeyd edirlər ki, bazardakı bu vəziyyət investorların təkcə qalmaqalla deyil, həm də korporasiyada mümkün idarəetmə problemləri ilə bağlı narahatlıqları səbəb ola bilər.

“Toyota” şirkəti hazırda istehsal olunan üç model üçün piyadaların vurulmasından qorunma sınaqları zamanı əldə edilən məlumatların saxtalaşdırılmasını müəyyən edib. Söhbət “Corolla Axio”, “Corolla Fielder” və “Yaris Cross” modellərindən gedir. Onların istehsalı qeyri-müəyyən müddətə dayandırılıb. Bu modellərin illik istehsal həcmi təxminən 130 min ədəd təşkil edir. Bu da konsernin ümumi istehsal göstəricilərinin bir faizindən bir qədər çoxdur.

“Toyota” 2023-cü maliyyə ilində (2023-cü ilin aprel – 2024-cü il mart) əməliyyat mənfəəti 5 trilyon yeni (34,4 milyard dollar) keçən Yaponiyada ilk şirkət olub. Onun dünya üzrə satışları 10,3 milyon avtomobil təşkil edib ki, bu da korporasiyanın bütün mövcudluğu üçün rekorda çevrilib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top