
“Toyota” istehsalı dayandırıb
“Toyota Motor” avtomobil şirkəti təchizatda yaranan problemlərlə əlaqədar Rusiyada istehsalı və bu ölkəyə avtomobil ixracını dayandırıb.
Bu barədə şirkətin məlumatında deyilir: “Kompaniyanın Sankt-Peterburqdakı zavodunda ehtiyat hissələrinin tədarükündə yaranmış problemlə əlaqədar istehsal dayandırılıb. Həmçinin hazır avtomobillərin Rusiyaya göndərilməsi də dayandırılıb”. “Nikkei” qəzeti yazır ki, “Toyota Motor” şirkəti Rusiyadakı əməkdaşlarını da bu ölkədən çıxarır. Buraya şirkətin 26 əməkdaşı və onların ailə üzvləri daxildirlər. Moskva ilə Tokio arasında birbaşa aviareyslər olmadığına görə onların üçüncü ölkələr vasitəsilə Yaponiyaya qayıdacaqları bildirilir.
Məlumatı “Kyodo” yayıb.
BƏNZƏR MƏQALƏLƏR
Türkiyə 42 milyon turist qəbul etmək istəyir
Türkiyə bu il 42 milyon turist qəbul etməyi planlaşdırır. Belə olacağı təqdirdə turizm gəlirlərinin 35 […]
“Google” xəbərlər üçün saytlara pul ödəyəcək
“Google” Almaniya, Fransa və Aİ-nin digər dörd ölkəsindəki 300-dən çox yayımçıya xəbərlərə görə ödənişlər etmək […]
Bu avtomobil şirkəti istehsalı dayandırır
“Volvo Cars” avtomobil şirkəti İsveçdəki Torslanda zavodunda istehsalı dayandırır. İstehsalın dayandırılmasına komponentlərin çatışmazlığı səbəb olub. […]