
Toylarla bağlı qərar 1 və 2-ci mərhələdə olmasa da, müəyyən dövrdən sonra veriləcək
Bunu Operativ qərargahın brifinqində İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.
O bildirib ki, bununla yanaşı dövlət mütəmadi sahibkarlarla görüşür: “Onların təklifləri dinlənilir. Bizneslərin açılması istiqamətində məsələlər geniş müzakirə edilir. Hazırda hökumətdə biznes fəallığının mərhələli olaraq artırılması istiqamətində müzakirələr aparılır. İlkin olaraq insanların az toplaşdığı biznes subyektlərinin açılması ilə bağlı qərar verilib. Toylarla bağlı – burada adətən çoxlu sayda insan qapalı məkana toplaşır. Yəqin ki, bu qərar 1 və 2-ci mərhələdə olmasa da, müəyyən dövrdən sonra veriləcək. Yenə hər şey epidemioloji vəziyyətdən və sahibkarlıq subyektlərinin qaydalara necə əməl etməsindən asılı olacaq”.
Nazir müqavini qeyd edib ki, bu yaxınlarda Prezidentin tapşırığına əsasən, Nazirlər Kabineti ikinci maliyyə paketini təsdiq edib və bu ödənişlərə yaxın zamanlarda başlanılacaq.
BƏNZƏR MƏQALƏLƏR
Sürücülərə XƏBƏRDARLIQ: Bu hala görə 800 manat cərimə oluna bilərsiniz – VİDEO
Bəzi sürücülər dayanma-durmanın qadağan edildiyi yerlərdə avtomobilin yük yerini açıq vəziyyətdə saxlayaraq park edirlər. Belə […]
Dövlət qurumlarında 80 milyon manat maliyyə pozuntusu aşkarlanıb
Ümumilikdə 2021-ci ildə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş maliyyə pozuntularının həcmi 80,1 milyon manat […]
Bu şəxslər məsuliyyətə cəlb edildi – DTX və MİDA-dan birgə məlumat
Kompüter sistemlərinə və məlumatlarına qanunsuz müdaxilə edən şəxslər məsuliyyətə cəlb edilmişlər Azərbaycan Respublikası Mənzil İnşaatı […]