MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Rüfət Rüstəmzadə

Toxumçuluq və baytarlıq sahəsinə dəstək verildi

Economic.az, agro.gov.az istinadən məlumat verir ki, “Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi” üzrə qalıq vəsaitin 2016-2017-ci illər üçün bölgüsü üzrə Azərbaycan Respublikası Hökuməti tərəfindən təqdim edilmiş təkliflər paketində nəzərdə tutulan fəaliyyətlərin və eyni zamanda vəsaitlərin yenidən bölüşdürülməsi ilə bağlı Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla (İFAD) müzakirələrin aparılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə və rəis müavini Zaur Əliyev İtaliyanın Roma şəhərində səfərdə olmuşlar.

MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Səfər çərçivəsində təşkilatın vitse-prezidenti cənab Mişel Mordasini və Layihənin əlaqələndiril- məsinə cavabdeh mütəxəssislər ilə görüşlər keçirilmişdir. Görüşlərdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi imkanları və Layihənin Azərbaycanın mövcud ehtiyaclarına və kənd təsərrüfatında siyasətinə cavab verməsi baxımından hazırlanmış təkliflər nəzərdən keçirilmişdir. Azərbaycan tərəfinin təkliflərinə uyğun olaraq Layihə çərçivəsində toxumçuluq və baytarlıq sahəsində fəaliyyətin dəstəklənməsi razılaşdırılmışdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top