Tovuzda “Vətən fədailəri: Tovuz şəhidləri” kitabının təqdimat mərasimi keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Tovuzda “Vətən fədailəri: Tovuz şəhidləri” kitabının təqdimat mərasimi keçirilib

Tovuz, 3 sentyabr, Ruslan Novruzoğlu. AZƏRTAC.

Yazıçı-publisist, AYB-nin üzvü, “vətən fədailəri” layihəsinin rəhbəri Manya Səxavətqızının şəhidlərə həsr etdiyi növbəti “Vətən fədailəri: Tovuz şəhidləri” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimatı keçirilən kitab “vətən fədailəri” layihəsinin dördüncü hissəsidir. Bundan əvvəl “Vətən fədailəri: Naxçivan şəhidləri” I hissə, “Vətən fədailəri: İmişli şəhidləri” II hissə, “Vətən fədailəri: Şəki şəhidləri” III hissə ərsəyə gətirilib.

Tovuz rayonu Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimində şəhid ailələri, qazilər, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bir dəqiqəlik sükutla şəhidlərimizin xatirələri anıldıqdan sonra Azərbaycanın Dövlət himni səsləndirilib. Sonra layihənin rəhbəri Manya Səxavətqızı və digər çıxış edənlər “Vətən fədailəri” layihəsi haqqında məlumat verdilər. “Vətən fədailəri: Tovuz şəhidləri” kitabının mahiyyətindən və bu layihənin vacibliyindən söz açılıb.

“Vətən fədailəri” layihəsinin IV hissəsi olan “Vətən fədailəri: Tovuz şəhidləri” kitabı Manya Səxavətqızının şəhidlərə həsr etdiyi 9-cu kitabıdır.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top