Tovuzda becərilən kök Rusiya bazarlarına göndərilir - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Tovuzda becərilən kök Rusiya bazarlarına göndərilir

Tovuzda faraş kök yığımına başlanılıb. Rayonun Hunanlar kəndində kütləvi becərilən bitki yüksək məhsuldarlığı ilə seçilir. Kök su sevən olduğundan əsasən, Kür çayı sahilində yerləşən ərazidə əkilir.

Oktyabrda torpağa səpilən bitki aprelin sonlarından yığılmağa başlanılır. Sakinlər bildirirlər ki, yığım təzə başlanan zaman kökün 1 kiloqramının qiyməti 70-80 qəpik arası dəyişir. Hazırda sahələrdə kökün satış qiyməti 50 qəpikdir.

Economi.az AzərTaca-a istinadən xəbər verir ki, fermer Elməddin Eyvazov  bildirib ki, məhsul paytaxt və Rusiya bazarlarına göndərilir. Rusiya bazarlarına çıxarılan kök kəndin girişində iritonnajlı avtomobillərə yüklənərək daşınır.

Kənddə 300 hektardan artıq sahədə kök əkilib və yığım iyul ayına qədər davam edəcək.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top