MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

tur

“Tour d’Azerbaidjan-2016” ənənəvi beynəlxalq velomarafonu davam edir

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan  “Tour d’Azerbaidjan-2016” ənənəvi beynəlxalq velosiped turu davam edir. Yarışın 2-ci günündə velosipedçilər Bakıdan İsmayıllıya yürüş ediblər.

Economic-in məlumatına görə, turnir elə ilk mərhələsində həm təşkilatçıların həm də idmançıların ehtimalları özünü doğruldub. Belə ki, həm nəticələr yüksək olub, həm də təşkilatı baxımdan bütün məsələlərin uğurla həll edildiyi müəyyənləşib. Bununla bağlı xarici ölkələrin nümayəndələrinin rəyləri maraq doğurur.

Malayziya velosipedçisi:

– “İlk dəfədir ki, Azərbaycandayam. Ölkəniz, xüsusilə, Bakı məndə xoş təəssürat yaradıb. Burda hər şeydən razıyam. Xüsusilə təşkilatçılıq yüksək səviyyədədir. Belə bir gözəl yerdə yarışmaq hər kəsə xüsusi zövq verir”

Almaniya velosipedçisi:

– “Artıq 2-ci dəfədir ki, Azərbaycana gəlirəm. Burda olmaqdan çox şadam. Çox müasir və gözəl şəhəriniz var. Xüsusilə bayraq meydanı diqqətimi cəlb etdi. O, şəhərə xüsusi gözəllik verir. Yarışa gəldikdə isə təşkilatçılığın yüksək səviyyədə olmasını qeyd edə bilərəm”

Gərgin və maraqlı idman mübarizəsinin əvvəlində 9 velosipedçi liderliyi ələ alıb. Onlar uzun müddət yürüşə başçılıq ediblər. “Synergy Baku” klubunun üzvü İoannis Tamuridis məsafəninin ayrı-ayrı hissələrində sprinter keyfiyyətləri ilə seçilib. Komandamızın digər üzvü Maksim Averin finişə az qalmış irəli şığıyıb və əsas rəqiblərindən aralanaraq 1-ci yerə çıxıb. Qeyd edək ki, Averinin bu nailiyyəti hələ yarışdan əvvəl də etimal olunurdu. Belə ki, o, Azərbaycanın ən təcrübəli velosipedçilərindən biridir. Xatırladaq ki, Maksim Averin respublikamızı Rio Olimpiadasında təmsil edəcək. Onun indiki qələbəsi qarşıdakı yarışlarda da uğurlara ümidi artırır. İsveçrənin Tim-rot komandasından Alberto Çeççino və Avstriyanın Filbermayer klubundan Markus Eyberq sonrakı yerləri tutublar.

Maksim Averin, 2-ci mərhələnin qalibi:

– “Qələbəyə görə komanda üzvlərinə təşəkkür edirəm. Ümumiyyətlə bu mərhələ bizim üçün elə də çətin keçmədi. Hava şəariti də əlverişli olduğundan qalib gəlməkdə çətinlik çəkmədik. Yürüşdən əvvəl əsas məqsədimiz bu mərhəlini 1-ci yerdə bitirmək idi ki, buna da nail olduq ”

Yürüşün sonunda media nümayəndələri üçün mətbuat konfransı təşkil olunub. Qeyd edək ki, velosipedçilər yürüşün 3-cü günü Qəbələ – Şəki – Qəbələ marşurutu üzrə 177,2 km məsafə qət edəcəklər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top