Topdansatış ticarətdə nəzarət-kassa aparatının tətbiq edilməsi nəzərdə tutulmayıb. - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Topdansatış ticarətdə nəzarət-kassa aparatının tətbiq edilməsi nəzərdə tutulmayıb.

ECONOMIC: Topdansatış qaydasında ticarət fəaliyyətini həyata keçirən şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün nəzarət-kassa aparatının tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmayıb.

Dövlət Vergi Xidmətindən bildirilib ki, topdansatış ticarət obyektlərindən sahibkarlıq fəaliyyəti subyektlərinə malların təqdim edilməsi elektron qaimə-faktura ilə rəsmiləşdirilir.

Belə ki, Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə görə, topdansatış malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Pərakəndə satış isə malların alıcıya satışının son istehlak məqsədilə və yalnız sözügedən Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top