MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

birja

Tokio Fond Birjasında kotirovkaların kəskin artımı qeydə alınıb

Nyu-Yorkda Dow Jones indeksi ilk dəfə 20 min bəndini keçdikdən sonra yanvarın 26-da Tokio Fond Birjasında da kotirovkaların kəskin artımı qeydə alınıb.

Aparıcı Nikkey indeksi əməliyyatların sonunu 19.402 həddində başa vurub ki, bu da bir gün əvvəlin göstəricisindən 344 bənd çoxdur.

Birja mənbələrinin bildirdiyinə görə, investorlar ABŞ Prezidenti Donald Trampın mühafizəkar ideyalarından sonra narahatlıq keçirirlər. Bununla yanaşı, Prezidentin bizneslə bağlı siyasətinə inam da yüksəlir. Həmin siyasət, eyni zamanda, özündə D.Trampın inauqurasiya mərasimindən sonra infrastrukturun inkişafına investisiyaların yönəldilməsi barədə göstərişlərini ehtiva edir. Birja mənbələri, həmçinin bildirir ki, hazırda kotirovkaların enib-qalxması D.Trampın hərəkətlərindən asılıdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top