MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

968455

Tokio-2020: 20 idmançımız start gözləyir: SİYAHI

Azərbaycan millisinin daha iki idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni başa vurub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,cüdoçu Zelim Kotsoyev və boksçu Məhəmməd Abdullayev 1/8 finalda məğlub olub.

100 kq çəki dərəcəsində çıxış edən Kotsoyev bir rəqibini üstələsə də, bu, yetərli olmayıb. O, 1/8 finalda uduzub.

+91 kq-da mübarizə aparan Məhəmməd Abdullayev də 1/8 finalda dayanıb. Əvvəlki raundda qalib gələn boksçumuz 1/4 finala adlaya bilməyib.

Bununla da Olimpiya Oyunları ilə vidalaşan milli üzvlərinin sayı 21-ə çatıb. Yığmamızın 3 təmsilçisi mübarizəni davam etdirirsə, 20 idmançımız startı gözləyir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top