
“Titanik”də yazılan məktub Böyük Britaniyada rekord məbləğə satılıb
“Titanik”in göyərtəsində yazılan məktublardan biri hərracda rekord məbləğə – 126 min funt-sterlinqə (təxminən 166 min dollar) satılıb. Məktub hərraca 60-80 min funt-sterlinq start qiyməti ilə çıxarılıb.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, əfsanəvi laynerin sərnişinlərinin biri, amerikalı biznesmen Oskar Holverson tərəfindən yazılan məktub öz anasına ünvanlanıb. Həmin məktubun 1912-ci il aprelin 13-də – Belfast tərsanəsində tikilən transatlantik laynerin aysberqlə toqquşmasından bir gün öncə yazıldığı bildirilir.
Üzərində dəniz suyunun izləri qalan bu tarixi sənəd Uiltşir qraflığında “Henry Aldridge & Son” hərracında Britaniyalı alıcıya satılıb.
Məktubun müəllifi, sahibkar Oskar Holverson “Titanik”də həyat yoldaşı Meri ilə səyahət edirmiş. Oskar qəza nəticəsində həyatını itirsə də, Meri sağ qalıb. Oğulun anasına yazdığı məktub uzun illər sonra ünvanına yetişib.
BƏNZƏR MƏQALƏLƏR
Ümumdünya Təbiəti Mühafizə Fondu meşələrin məhvinə dair yeni hesabatını açıqlayıb
Tropik meşə örtüyünün məhv edilməsində əsas səbəbkarların Qərb ölkələri olduğu tez-tez ictimailəşdirilir. Ümumdünya Təbiəti Mühafizə […]
“Google” “YouTube” bloqerlərindən vergi tutmağa hazırlaşır
Economic.az: Amerikanın “Google” korporasiyası “YouTube” üzərindən işləyən bloqerlərdən 2021-ci ilin iyunundan vergi tutmağa hazırlıq görür. […]
Bu şəxslər “WhatsApp” istifadə edə bilməyəcəklər
“WhatsApp” tərəfindən fevralın 8-də qüvvəyə minəcək yeni məxfilik siyasətinə görə, məlumatları “Facebook”-da paylaşmaq üçün icazə […]