MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

The Hill

“The Hill”: İsrail ilə Azərbaycan arasında münasibətlər digər ölkələrə nümunədir

ABŞ-ın “The Hill” qəzetində Beqin-Sadat Strateji Araşdırmalar Mərkəzinin eksperti, İsrailin “Wikistart” Geostrateji Təhlil Agentliyinin baş analitiki, “Türkiyənin İsrail və Azərbaycan ilə ittifaqı: Yaxın Şərqdə və Qafqazda dövlətlərin identikliyi və təhlükəsizlik sistemi” kitabının müəllifi Aleksandr Murinsonun “Azərbaycan və İsrail: əsl müsəlman-yəhudi münasibətlərinin nümunəsi” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə iki ölkə arasında strateji münasibətlərdən, Azərbaycanda yəhudi icmasından və tolerantlıqdan danışılır. A.Murinson Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan diplomatiyası, Azərbaycan-İsrail münasibətləri haqqında nəşrin oxucularına yalan məlumat verən erməni müəllifinin məqaləsinə cavab olaraq yazır ki, İsrail ilə Azərbaycan arasında sıx, səmimi münasibətlər və əməkdaşlıq mövcuddur.

Ekspert qeyd edir ki, İsrail ilə Azərbaycan arasında münasibətlər digər ölkələrə nümunədir və sübut edir ki, müsəlmanlar və yəhudilər dünyada yanaşı yaşaya bilərlər. A.Murinson bildirir ki, SSRİ-nin dağılmasına qədər 800 minədək yəhudi Azərbaycanda yaşayıb. Sovet İttifaqında antisemitizmdən danışan müəllif vurğulayır ki, yəhudilərə Azərbaycanda münasibət həmişə müsbət olub. A.Murinson Azərbaycan-ABŞ münasibətlərinə toxunaraq qeyd edir ki, Tramp administrasiyası ilə strateji münasibətlər yaxşılaşacaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top