MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Azerbaijan

The American Spectator”: ABŞ-a etimadın bərpası üçün Tramp Azərbaycan kimi müttəfiqlə etimadı bərpa etməlidir

Amerika İsrail-Azərbaycan münasibətlərindən dərs götürməli və bu ölkələrlə münasibətlərin möhkəmlənməsinə böyük diqqət ayırmalıdır.

Bu barədə ABŞ-ın “The American Spectator” nəşrində yer alan məqalədə yazılıb.

Məqalədə qeyd olunur ki, Barak Obama administrasiyası öz müttəfiqlərinin problemlərinə kifayət qədər diqqət ayırmırdı. Yeni seçilmiş prezident bu vəziyyəti düzəldə bilər.

“Obama ABŞ-ın müttəfiqləri, İsrail və Azərbaycanı sərt neytrallıq siyasəti ilə təhqir etsə də, Tramp bu münasibətləri layiq olduğu səviyyəyə çıxarmaq üçün çalışa bilər”.

Məqalə müəllifi yazır ki, Azərbaycanla dərin əlaqələrin üstünlüklərinin düzgün anlaşılması Tramp üçün Amerikanın uğurlu xarici siyasətinin qaytarılmasında ilk addım ola bilər. Azad dünyanın ABŞ-a etimadının bərpa olunması üçün Tramp İsrail və Azərbaycan kimi vacib müttəfiqlərlə etimadı bərpa etməkdən başlamalıdır.

Məqalədə qeyd olunub ki, bir müddət əvvəl, ABŞ-ın Dövlət katibi Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllinə “hazır olmadığını” ifadə edərək Azərbaycanı hiddətləndirib. Bununla əlaqədar rəsmi Bakı bəyan edib ki, münaqişə tərəflərini bərabər səviyyədə ittiham edərək ABŞ Ermənistanın işğalçı siyasətinə aşkar dəstək nümayiş etdirib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top