
Təxribatların bir məqsədi də neft-qaz kəmərlərinə təhlükə yaratmaq idi
“Ermənistanın təxribatlarının bir məqsədi də neft-qaz kəmərlərinə təhlükə, Şərq-Qərb Nəqliyyat Dəhlizinin təhlükəsiz olmaması barədə təəssürat yaratmaq idi”.
Economic.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, Ermənistan bu məqsədlərinə nail ola bilməyib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, bu gün Avropa Parlamentinin Mühafizəkar və İslahatçılar Partiyası tərəfindən verilən bəyanatda bildirilir ki, bu hadisə enerji dəhlizinə xələl gətirmək məqsədi də güdüb. Hikmət Hacıyev deyib ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Bakı şəhəri və Xəzər dənizindəki neft-qaz infrastrukturlarını vuracaqlarını bildirmişdi”.
O qeyd edib ki, Ermənistanın keçmiş rəhbərliyi Azərbaycanın şəhərlərini Ağdam kimi xarabalığa çevirəcəklərini bəyan edib: “Son təxribatlar zamanı da müxtəlif dezinformasiyalar önə buraxılıb. Azərbaycanın Metsamor AES-lə bağlı fikri rəsmi mövqeyi əks etdirmir. Azərbaycanın hər hansı kritik strateji obyektləri hədəf almaq siyasəti yoxdur. Ermənistan Metsamor məsələsini qəsdən şouya çevirib. Metsamor AES özü region üçün ciddi təhlükə doğurur, köhnə texnologiyaya əsaslanır. Metsamor AES radioaktiv maddələrin qaçaqmalçılığı üçün bir vasitəyə çevrilib”.
BƏNZƏR MƏQALƏLƏR
Yanvarın 18-dən vaksinasiyaya başlanılacaq
Yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinə başlanılacaq. Economic.az xəbər verir ki, peyvənd ilk növbədə […]
Operativ Qərargah: yanvarın 18-dən “SMS” icazə sistemi ləğv olunur
Yanvarın 18-i saat 00:00-dan etibarən “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək […]
Medianın İnkişafı Agentliyinə direktor təyinatı olub
Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib. Economic.az xəbər […]