MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

tesla

“Tesla”nın qiyməti “Ford”u ötüb, “GM”-ə çatmaq üzrədir

ABŞ-ın “Tesla” avtomobil şirkətinin səhmləri birja qiymətinin artması nəticəsində dünən, aprelin 3-də “Ford” şirkətinin səhmlərini üstələyərək artıq “General Motors”un kağızlarına yaxınlaşıb. Economic.az bildiri ki, bu məlumatı  “Report” “TASS” agentliyinə istinadən xəbər verir ki, bu məlumat “CNN” telekanalının ekspertləri tərəfindən açıqlanıb.

Nyu-York Fond Birjasında aprelin 3-də keçirilən hərraclarda 14 il bundan əvvəl, 2003-cü ildə qurulan “Tesla”nın səhmləri 7,27% bahalaşaraq bir lot üçün 298,5 dollara çatıb. Nəticədə, şirkətin bazar dəyəri 48 mlrd. dollar təşkil edib. Əksinə, təsis illəri arasında tam 100 il fərq olan, yəni 114 il əvvəl qurulan “Ford”un səhmləri isə 3% ucuzlaşıb, şirkətin dəyəri 45 mlrd. dollara enib. Bununla yanaşı, “General Motors” şirkətinin səhmləri dünənki hərracda 4% azalma göstərib və nəticədə, şirkətin qiyməti 50,8 mlrd. dollar geriləyib. Xatırladaq ki, “Honda” şirkətinin bazar dəyəri hazırda 54 mlrd. dollar təşkil edir.

“Tesla”nın səhmlərinin qiymətinin artmasına səbəb şirkətin dünən açıqladığı hesabat olub. Hesabatda şirkətin 2017-ci ilin ilk rübündə satışını illik müqayisədə 69% artıraraq 25 418 ədədə çatdırması olub.

report.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top