“Telegram”ın aylıq auditoriyası 900 milyon nəfərə çatıb
Bakı, 11 aprel, AZƏRTAC
“Telegram” messencerinin aylıq auditoriyası 900 milyon nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə platformanın yaradıcısı Pavel Durov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, auditoriyanın yarısı bu kanaldan hər gün istifadə edir.
Eyni zamanda, “DataAI” platformasının məlumatına görə, “Telegram” dünyada ən çox istifadə edilən və yüklənən altıncı tətbiq oldu.
Pavel Durov əlavə edib ki, “Telegram” bu ilin birinci rübündə müsbət pul axınına nail olub. Platforma 2024-cü ildə mənfəət əldə etmək yolundadır.
BƏNZƏR MƏQALƏLƏR
-
Superkubok: “Qalatasaray” – “Fənərbağça” oyunu ilə bağlı yekun qərar verilib
Bakı, 11 aprel, AZƏRTAC Türkiyə Superkuboku uğrunda baş tutmayan “Qalatasaray” – “Fənərbağça” oyunu ilə bağlı […]
-
Bakıda mənzildə bağlı qapı arxasında köməksiz qalan uşaqlar xilas edilib
Bakı, 11 aprel, AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi […]
-
MN: Hərbi qulluqçuların asudə vaxtı yüksək səviyyədə təşkil olunur
Bakı, 11 aprel, AZƏRTAC Azərbaycan Ordusunda hərbi qulluqçuların mədəni asudə vaxtının səmərəli təşkili, hərtərəfli mənalı […]