“Telegram”dan audio və videomesajla bağlı möhtəşəm yenilik – VİDEO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Telegram”dan audio və videomesajla bağlı möhtəşəm yenilik – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Telegram” mesencerində maraqlı funksiya işə salınıb. Yenilik audio və videoismarışlarla bağlıdır.

Belə ki, artıq istifadəçilər ilk dinləmədən dərhal sonra silinəcək səsli mesajlar göndərə bilərlər.

Bunun üçün audiomesaj yazarkən üzərində “1” rəqəmi olan düymə seçilir, nəticədə alıcı onu yalnız bir dəfə dinləyə biləcək.

Bənzər funksiya videomesajları yazarkən də işləyir.

Bundan əlavə, mesencer istifadəçiləri artıq audio və videomesajların yazılmasına fasilə vermək və sonra onu davam etdirmək imkanı əldə ediblər.

Funksiya tətbiqin yenilənmiş versiyasında mövcuddur.

 

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top