MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

telefon

Telefon alarkən nələrə diqqət еtməliyik?

Smartfonlar həyatımızın əvəzolunmaz köməkçiləri olmağa davam edir. Hər gün yenilənən texnologiyalar sayəsində güclü seqmentli markalarla orta seqmentli markalar arasındakı fərqlər dəyişir. Beləliklə, istədiyiniz keyfiyyət və xüsusiyyətlərə malik telefonları daha sərfəli qiymətlərlə əldə etmək üçün almamışdan əvvəl məhsul müqayisəsi aparmağınız məsləhət görülür. Telefon alarkən yoxlamalı olacağınız bir neçə məsələlər haqqında danışacağıq.

Telefon hansı məqsəd üçün istifadə ediləcək

Telefon almazdan öncə ilk növbədə hansı məqsəd üçün istifadə edəcəyinizi müəyyənləşdirməlisiniz. İş məqsədləri üçün istifadə etmək, foto və video çəkmək və ya nə qədər tez-tez oyun oynamağınızdan asılı olaraq, alacağınız telefonun minimum xüsusiyyətlərini müəyyən edə bilərsiniz. Məsələn, iş məqsədləri üçün qeydlər aparmaq və onlayn video görüşlər keçirmək üçün böyük ekranlı telefona üstünlük verə bilsəniz də, sosial media istifadəsi, tez-tez foto və video çəkiliş üçün ön və arxa kamera xüsusiyyətləri ön plana çıxır. Oyunsevərlər ekrana və telefonun sürətinə görə seçim etməyi düşünəcəklər.

Büdcə

Telefon seçimində ən vacib məsələlərdən biri büdcədir. Büdcənizə uyğun olaraq hansı xüsusiyyətli telefonu əldə edə biləcəyinizi hərtərəfli araşdırmalısız. Əgər brend telefon həvəskarı deyilsinizsə, büdcənizə uyğun telefonlardan birini seçə bilərsiniz.

Ekran

Ekran ölçüsü seçimi vacib məsələdir. Əgər siz oyun həvəskarısınızsa, yüksək video axını sürəti, ekran ayırdetmə qabiliyyəti və geniş ekranı olan bir telefonla oynadığınız zaman oyundan gözləntiniz maksimuma çatacaq.

Kamera

Süni intellektlə inteqrasiya olunmuş yüksək keyfiyyətli kamera həlləri və təsvir sistemləri sayəsində rəqəmsal fotoqrafiya texnologiyası əl ilə işləyən DSLR kameraları ilə müqayisə olunmaz hala gəldi. Video, qısa video, şəkilçəkmə, yüksək keyfiyyətli foto, “gecə”, “portret”, “mənzərə” və peşəkar çəkiliş seçimləri və 3-4 ayrı kamera inteqrasiyası ilə bütün smartfonlar bir-biri ilə şiddətli rəqabətdədir.

RAM

RAM (ing.Təsadüfi Giriş Yaddaş) təsadüfi giriş yaddaşı deməkdir. RAM bir smartfonun sürətinə birbaşa təsir edir. Əgər siz yüksək keyfiyyətli video və sənədlərlə işləyirsinizsə və ya uzun illərdir telefondan istifadə edirsinizsə, yüksək operativ yaddaşa malik model seçmək yaxşı olar.

Daxili Yaddaş

Telefon alarkən daxili yaddaşa önəm verməyiniz məsləhət görülür. Ona görə ki telefonun əməliyyat sistemi və proqramlar gündən-günə yenilənir və həcmləri artır. Bu da telefonunuzda boş yerin az olmağına gətirib çıxara bilər.

Batareya

Batareya tutumu telefon alarkən nəzərə alınmalı olan ən əsas xüsusiyyətlərdən biridir. Davamlı enerji doldurmaqdan yorulmusunuzsa, batareyanın ömrü daha vacib olur. Yüksək batareya tutumu və sürətli doldurma xüsusiyyəti ən vacib meyarlardandır. /trend.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top