MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

173174887_504476160570063_1446446609552668772_n

Tələbələrlə əmək müqaviləsi bağlana bilərmi?

ECONOMİC: Əyani təhsil alan və dərsdən sonrakı boş vaxtlarında işləmək istəyən tələbə iş üçün müraciət etdikdə işəgötürənlər tələbə olduğunu əsas gətirərək onunla əmək müqaviləsi bağlamaqdan imtina edirlər. Məsələyə Dövlət Əmək Müfəttişliyi Xidmətinin baş əmək müfəttişi Arif İmamverdiyev aydınlıq gətirilir.

Tələbələrlə əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək Məcəlləsində heç bir məhdudiyyət yoxdur. Lakin əmək müqaviləsi bağlanan zaman əyani təhsil alan tələbə ilə qiyabi təhsil alan tələbə arasında müəyyən fərqlər nəzərə alınmalıdır. Əyani təhsil alan tələbənin iş saatı ilə dərs saatı üst-üstə düşməməlidir. Qiyabi təhsil alan tələbələrin iş saatları isə tam olur, onlara sessiya vaxtı məzuniyyət verilir. Bu hallar müqavilədə nəzərə alınmalıdır.

Bundan başqa, “Məşğulluq haqqında” Qanuna əsasən, əyani təhsil alan tələbələr məşğul şəxs hesab olunurlar, ona görə də onları işsiz statusu ilə qeydiyyata almaq mümkün deyil. Əyani oxuyanlar işaxtaran statusu daşıyırlar. Qiyabi təhsil alan işsiz tələbələr isə işsiz statusu ala bilərlər. Mənbə. Vergilər.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top