MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

admui_bina

Tələbələrin borc siyahısının yayılmasına görə dekan və tütora töhmət verilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrin təhsil borclarının siyahısının açıq şəkildə yayılmasına görə ali təhsil müəssisəsinin tyutoru və dekanı töhmətlə cəzalandırılıb.

Economic.az bildirir ki, bu barədə Trend-ə ADMİU-nun mətbuat katibi Şəhanə Müşfiq məlumat verib.

O bildirib ki, siyahı universitetdə divara vurulmayıb, sadəcə olaraq tyutor tərəfindən tələbələrin “whatsapp” qrupuna göndərilib.

“Tyutor tərəfindən dekanlıq daxili üçün hazırlanmış sənəd imtahan öncəsi tələbələri məlumatlandırmaq məqsədiylə “whatsapp” qrupuna göndərilib. Universitet rəhbərliyi bunun əleyhinədir və elə məsələ açılan kimi operativ şəkildə araşdırıldı, sənədin yayılmasına səbəbkar olan əməkdaşlar cəzalandırıldı” – deyə o bildirib.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə ADMİU-nun illik təhsil haqqını gecikdirən tələbələrinin siyahısının yayılması tənqid olunmuşdu.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top