
Tələbələr üçün “TIPx: Gələcək sən” adlı konfrans keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində “TIPx: Gələcək sən” adlı konfrans keçirilib.
Azərbaycan Neft və Sənaye Universiteti ilə əməkdaşlıq çərçivəsində baş tutan konfransda müxtəlif ali təhsil ocaqlarında təhsil alan 150 nəfər tələbə iştirak edib.
İlk olaraq Agentliyin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev və Mərkəzi Karyera filialının rəhbəri Toğrul Ələkbərov karyera planlaması istiqamətində işsiz və işaxtaran şəxslər üçün yaradılan imkanlar, görülən işlər barədə məlumat verib.
Daha sonra spikerlər tərəfindən tələbələrə “Gələcəyin (bu günün) peşələri”, “Gələcəyin əmək bazarı və bu günün universitet təhsili”, “Kreativ düşüncə sənəti”, “Məqsədə aparan yol”, “Beynəlxalq layihələrdə iştirak bizə nə qazandırır”? kimi mövzular ətrafında təqdimatlar edilib, tələbələrin sualları cavablandırılıb. Sonda konfransda aktiv iştirak edən tələbələrə həvəsləndirici hədiyyələr təqdim edilib.
“Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində növbəti tədbirin may ayında keçirilməsi nəzərdə tutulur.
BƏNZƏR MƏQALƏLƏR
Bütün pensiyalar bu tarixdə tam ödəniləcək
Respublika üzrə may ayının pensiyalarının ayın 13-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Dövlət Sosial Müdafiə […]
Rusiyada çalışan Azərbaycan vətəndaşlarının oradakı sığorta stajı əsasında pensiya hüququ tanınacaq
Azərbaycanla Rusiya arasında pensiya təminatı sahəsində əməkdaşlığa dair Müqavilə imzalanıb Azərbaycan Respublikası ilə Rusiya Federasiyası […]
“Dövlət İcbari Şəxsi Sığorta” altsisteminin qurulması işləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət icbari şəxsi sığorta üzrə ödənişləri də proaktiv qaydada təyin […]