Taxıl zəmilərindən 2,6 milyon tondan çox məhsul yığılıb – OPERATİV MƏLUMAT
Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub. İyunun 9-na olan operativ məlumata görə, ölkə üzrə taxıl zəmilərinin 82,6 faizində biçin prosesi başa çatıb. Sahələrdən 2643842,7 ton məhsul yığılıb. Yığılan məhsulun 1012655,9 tonu arpa, 1631186,8 tonu buğdadır. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,5 sentner təşkil edir. Arpa üzrə orta məhsuldarlıq 30,1 sentner, buğda üzrə orta məhsuldarlıq 32,4 sentnerdir.
Economic.az xəbər verir ki, biçin prosesinə 882 kombayn cəlb olunub. Bunlardan 227-si “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin biçin bölgəsində yerləşən aqroservislərinin balansında olan kombaynlardır. “Aqrolizinq” ASC tərəfindən biçin başa çatmış bölgələrdən aktiv biçin zonasına əlavə 152 kombayn dislokasiya edilib. Biçin prosesində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 503 kombayn iştirak edir.
Biçin davam edir.
BƏNZƏR MƏQALƏLƏR
-
Özəl şirkətlər “Aqrokadr.az” portalı ilə əməkdaşlığı genişləndirir
Aqrokadr.az portalında özəl müəssisələrə aid 20-dən çox vakansiya dərc edilib. Aqrokadr.az portalı vasitəsilə dövlət və […]
-
Rusiya ilə Azərbaycan arasında taxıl və gübrə tədarükü ilə bağlı qarşılıqlı anlaşma var
Rusiyanın Bakıdakı səfiri bildirib ki, Rusiya Azərbaycana taxıl tədarükünü davam etdirəcək. Bu məsələ ilə bağlı […]
-
Çəltik tədqiqatı sahəsində Pakistanla əməkdaşlıq müzakirə edilib
Çəltikçilin inkişafı ilə bağlı Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Pakistan Kənd Təsərrüfatı Tədqiqatları […]