MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

taksi

Taksi fəaliyyəti üçün icazə onlayn qaydada veriləcək

Bakı Nəqliyyat Agentliyi taksi fəaliyyəti ilə məşğul olan sürücülərin fərqlənmə nişanlarının alması üçün onlayn müraciət platforması hazırlayıb. Məqsəd Bakının inzibati ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin rahatlığının təmin edilməsi, pandemiya dövründə sosial məsafəni qoruyaraq fiziki təmasların azaldılmasıdır.

Digər məqsəd isə taksi sürücülərinin vahid məlumat bazasının yaradılmasıdır. Bununla da taksi fəaliyyətindən sui-istifadə hallarının qarşısının alınması hədəflənir.

Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, vahid taksi sürücü məlumat bazasının yaradılması həmçinin, taksi fəaliyyəti ilə bağlı hesabatlılığın dəqiq və şəffaf aparılmasına imkan verəcək. Bununla da qanuni fəaliyyət göstərənlərin sayı artacaq. Qeyd edək ki, fərqlənmə nişanı yalnız hüquqi şəxslərə və onlayn taksi xidməti göstərən fiziki şəxslərə veriləcək. İctimai nəqliyyatda koronavirus infeksiyasının proflaktikasına dair metodiki göstərişə uyğun olaraq minik avtomobilində şəffaf arakəsmə quraşdırılması mütləqdir. Arakəsmə quraşdırılmayan avtomobillərə fərqlənmə nişanı verilməyəcək.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top