
Tahir Mirkişili: “Özəl sektor inkişaf etdikcə yeni iş yerləri yaranır”
“Dünya Bankının “Doing Business-2019” hesabatı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların ölkəmizdə sahibkarlıq mühitini getdikcə daha əlverişli etdiyini göstərir”.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.
Tahir Mirkişili bildirib ki, iqtisadiyyat sağlam özəl sektor olmadan inkişaf edə bilməz. Özəl sektor inkişaf etdikcə yeni iş yerləri yaranır, ölkə daxilində xərclənən və investisiya qoyula biləcək gəlir yaranır: “İqtisadi cəhətdən inkişafa diqqət yetirən hər bir ölkə kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına təsir edə biləcək qanunların qəbul olunmasına və tənzimləmələrin tətbiqinə xüsusi diqqət yetirir. Səmərəli biznes tənzimləmələri mikro və kiçik sahibkarlara böyümək, innovativ fəaliyyət göstərmək və qeyri-qanuni fəaliyyətdən qanuni fəaliyyətə keçmək üçün imkan və stimul yaradır. Qanuni fəaliyyətlə məşğul olmaq asanlaşdıqca qeyri-qanuni fəaliyyət göstərmək çətinləşir və ya əksinə”.
Deputat vurğulayıb ki, Dünya Bankının dərc etdiyi “Doing Business-2019” hesabatı 190 ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı olan qanunvericilik aktlarını və onların tətbiq olunmasını obyektiv olaraq qiymətləndiməyə imkan verir:
“Doing Business-2018” hesabatında 57-ci yerdə qərarlaşan Azərbaycan “Doing Business-2019” hesabatında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşdı. Qeyd etmək lazımdı ki, Azərbaycan hesabat indikatorları üzrə göstəricilərini ən çox yaxşılaşdıran 10 ölkədən biri olub. Bu TOP-10 ölkələr əsasən biznesə başlamaq, kredit əldə etmək və vergi ödəmək sahələrində 62 islahat həyata keçirib. Bundan əlavə, Azərbaycan hesabatın 10 indikatorundan 8-də islahatlar həyata keçirərək öz mövqelərini yaxşılaşdırıb və islahatların sayında görə dünyada 1-ci olub”.
O əlavə edib ki, Bakı Şəhər İcra Hakimiyyətində tikintiyə icazələrin “bir pəncərə” prinsipi ilə verilməsi, elektrik şəbəkəsinə qoşulmaları azaldan “ASAN kommunal” mərkəzlərinin açılması, yeni kredit bürosunun yaradılması kimi tədbirlər ölkəmizin hesabatda mövqelərini xeyli yaxşılaşdırıb:
“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi və institusional islahatlar ölkəmizdə sahibkarlıq mühitini getdikcə daha əlverişli etməkdədir. Dünya Bankının apardığı təhlillərin nəticələri bunu bir daha göstərir. İslahatların dərinləşməsı və əhatəliliyinin artması ölkəmizdə biznes mühitini daha da inkişaf etdirməklə əhalinin rifah halının daha da yaxşılaşmasına imkan yaradacaq”.
Qeyd edək ki, Azərbaycan Dünya Bankının “Doing Business-2019” reytinqində 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Bundan əvvəlki hesabatda ölkəmiz 57-ci yerdə idi.
BƏNZƏR MƏQALƏLƏR
Aprelin 19-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək
Bu gündən aprelin 19-u saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Economic.Az bildirir […]
Elektron ticarət qaydasında xaricə ödənilən məbləğlərə ƏDV-nin tətbiqi barədə
ECONOMİC: Son günlər sosial şəbəkələrdə bəzi şəxslərin kartlarından böyük məbləğdə vəsaitin tutulmasına dair bildirişlər aldığı […]
Bakıda və regionlarda istilik təchizatı dayandırılacaq
Economic.az xəbər verir ki, bu gündən “Azəristiliktəchizat” ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını […]