Tahir Gözəl: Futbolçularımla qürur duyuram – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Tahir Gözəl: Futbolçularımla qürur duyuram

Bakı, 2 iyun, AZƏRTAC

“Altıncı dəfə mövsümü “qızıl dubl”la bitirdik. Gözəl hisslərdir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının prezidenti Tahir Gözəl Azərbaycan Kubokunun qalibi olmaqları barədə danışarkən deyib.

Funksioner gözəl oyuna görə “Zirə”ni təbrik edib: “Rəşad Sadıqov çox yaxşı əzmkar komanda formalaşdırıb. Biz də fantastik mübarizə apardıq. Futbolçularımla qürur duyuram. Növbəti hədəf Çempionlar Liqasında Azərbaycanı layiqincə təmsil etməkdir”.

Qeyd edək ki, “Qarabağ” finalda “Zirə”yə 2:1 hesabı ilə qalib gələrək tarixində 8-ci dəfə Azərbaycan Kubokunun qalibi olub.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top