Şuşada “A-Hub” Akselerasiya Proqramının qalibləri mükafatlandırılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Şuşada “A-Hub” Akselerasiya Proqramının qalibləri mükafatlandırılıb

Şuşa, 4 iyun, AZƏRTAC

Şuşada A-Hub Akselerasiya Proqramının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir ICESCO, Azərbaycan Mədəniyyət Nazirliyi və “New Space Innovation” şirkəti tərəfindən təşkil olunub.

İyunun 2-də “Bakı Kristal Zalı”nda keçirilən finalda 11 ölkədən (Azərbaycan, Cibuti, Tunis, Tacikistan, Türkiyə, Liviya, Seneqal, Somali, Misir, Mali, Sudan) 30-dan çox komanda iştirak edib. Bu innovatorlar öz ideyalarını nümayiş etdirib və 30 min dollar mükafat fondu uğrunda yarışıblar.

Yarışın nəticəsinə əsasən, “Snack Pack” (Azərbaycan) komandası I, “ReSkill” (Tacikistan) komandası II, “Biopols” (Türkiyə) komandası III, “Caredify” (Tunis) komandası IV yerə layiq görülüb.

Qeyd edək ki, “A-Hub Akselerator” proqramı, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılmış bir təşəbbüsdür. Bu akselerator proqramı yaradıcı və texnoloji startapları dəstəkləyərək onların ideyalarını reallaşdırmaq üçün lazım olan resurs və mentorluğu təmin edir. 2021-ci ildə pilot layihə kimi başlayan proqram hazırda 20 ölkədə fəaliyyət göstərir və daha da genişlənməkdədir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top