Sürücülərin nəzərinə!
Economic xəbər verir ki, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Binəqədi rayonu, Sulutəpə dairəsindən Bakı-Sumqayıt yoluna çıxışa qədər olan hissədə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.
Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, bu məqsədlə axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılır.
Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
BƏNZƏR MƏQALƏLƏR
-
Heydər Əliyev prospektində YENİLİK – VİDEO
Bakı Nəqliyyat Agentliyinin təklifinə uyğun olaraq Heydər Əliyev prospekti əsas yolun “Bağırov” körpüsü kimi tanınan […]
-
“Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirildi
Avtomobil nəqliyyatı ilə daşımalara dair prosedur qaydalarının təkmilləşdirilməsi məqsədilə fərqlənmə nişanlarının verilməsi ilə bağlı müvafiq […]
-
Hava Limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımalar bərpa edilir
İyunun 7-dən H1 Hava limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımaları bərpa ediləcək. […]