MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

bakubus

Sürücülərin nəzərinə! “BakuBus” maaşları artırıb, əlavə işçi axtarır

“BakuBus” MMC sürücü vəzifəsinə növbəti işə qəbul elan edib.

Economic.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, iş üçün “D” kateqoriyalı sürücülük vəsiqəsi olan vətəndaşlar “BakuBus” MMC-yə müraciət edə bilərlər.

Vətəndaşlara işə qəbul barədə ətraflı məlumat almaq üçün (012) 404-11-10 telefon nömrəsinə zəng etmək tövsiyə olunur.

Qeyd edək ki, dekabrın 1-dən “BakuBus” MMC-də çalışan sürücülərin aylıq əmək haqları orta hesabla 10 faiz artırılıb. Məqsəd, sürücülərin maddi rifah halını daha da yaxşılaşdırmaq, həmçinin, onların işə daha məsuliyyətlə yanaşmasına nail olmaq və avtobuslarda əhaliyə göstərilən xidmətin keyfiyyətini daha da yüksəltməkdən ibarətdir.

Sürücülər “BakuBus” MMC-də gün ərzində növbəli iş qrafiki üzrə çalışırlar.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top