
Sürücülərə XƏBƏRDARLIQ: Bu hala görə 800 manat cərimə oluna bilərsiniz – VİDEO
Bəzi sürücülər dayanma-durmanın qadağan edildiyi yerlərdə avtomobilin yük yerini açıq vəziyyətdə saxlayaraq park edirlər.
Belə hallarla paytaxtın müxtəlif küçə və prospektlərində rastlaşmaq mümkündür.
Bir çox ərazilərdə yaranan tıxacların da səbəblərindən biri məhz belə hallar olur.
Bəzi sürücülər düşünürlər ki, avtomobilin nömrəsini gizlətməklə cərimələrdən yayınacaqlar. Halbuki qanunvericilikdə bu hal özü qayda pozuntusu hesab olunur.
Ancaq qaydalardan xəbərdar olan və ehtiyatı əldən verməyən sürücülər də var.
Mövzuya münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inpektoru Araz Əsgərli deyib ki, avtomobilin dövlət qeydiyyat nişanının görüntü dairəsinin müxtəlif vasitələrlə məhdudlaşdırılmasına görə İnzibati Xətalar Məcəlləsində 500 manatdan 800 manatadək qədər cərimə nəzərdə tutulub.
Araz Əgərli əlavə edib ki, radar qurğularından yayınma faktına görə sürücülər polis əməkdaşları tərəfindən həm yerində, həm də sonradan müəyyən edilərək cərimələnə bilərlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
BƏNZƏR MƏQALƏLƏR
-
Dövlət qurumlarında 80 milyon manat maliyyə pozuntusu aşkarlanıb
Ümumilikdə 2021-ci ildə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş maliyyə pozuntularının həcmi 80,1 milyon manat […]
-
Bu şəxslər məsuliyyətə cəlb edildi – DTX və MİDA-dan birgə məlumat
Kompüter sistemlərinə və məlumatlarına qanunsuz müdaxilə edən şəxslər məsuliyyətə cəlb edilmişlər Azərbaycan Respublikası Mənzil İnşaatı […]
-
Saxta müqavilə və maliyyə arayışları tərtib edənlər HƏBS EDİLDİ
“Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya […]