MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Suraxanı rayonu

Suraxanı rayonunda güzəştli kreditlər hesabına yaradılan sənaye müəssisəsində istehsal olunan məhsullar xarici ölkələrə ixrac olunur

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən economic-ə verilən məlumata görə, Mayın 26-da bu istiqamətdə növbəti tədbir Suraxanı rayonunun Hövsan kəndində keçirilmişdir. Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilmiş, Suraxanıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkarların investisiya layihələri maliyyələşdirilmişdir.

100-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Suraxanı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, ət kəsimi, üzlük daşlar, polietilen paketlər və corab istehsalı müəssisələrinin, istixana və zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanmış, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, indiyədək Suraxanı rayonundan olan 162 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 22,5 milyon manat güzəştli kredit yönəldilmişdir. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1230-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 317 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq təsərrüfatları, logistika mərkəzləri, tara, metal konstruksiya, neft-kimya, qida sənayesi avadanlıqları, mebel istehsalı, ət emalı və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilmişdir.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 19 sahibkarlıq subyektinə  2,6 milyon manat kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, çörək və un məmulatları, hava kompressorları, tikinti materialları, mebel istehsalı və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Forum çərçivəsində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış transformator və müxtəlif növ elektrotexniki avadanlıqlar istehsalı zavoduna baxış keçirilmişdir. Bu zavodda istehsal olunan məhsullar əsasən, Kanada, Rusiya, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Ukrayna, Moldova, İraq, Bəhreynə ixrac olunur. Ümumiyyətlə, ölkəmizdə aparılan sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye üzrə 140-dan çox layihənin maliyyələşdirilməsinə 460 milyon manata yaxın güzəştli kredit verilmişdir. Bu müəssisələrdən 120-si istifadəyə verilmişdir. Müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaqdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top