Süni intellekt təəccübləndirməkdə davam edir: Bəzi insanları narahat edən yeni ixtira – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Süni intellekt təəccübləndirməkdə davam edir: Bəzi insanları narahat edən yeni ixtira

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Süni intellekt startapı “OpenAI” 15 saniyəlik tək səs nümunəsindən təbii səslənən insan nitqini təkrarlaya bilən rəqəmsal səs generatorunun ilkin versiyasını təqdim edib.

Bu barədə “ChatGPT”nin yaradıcıları məlumat veriblər.

Proqram “Voice Engine” adlanır. İxtiraçılar generatoru müxtəlif məqsədlər, o cümlədən uşaqlara oxumağa kömək etmək, tərcümə və xərçəng xəstələri üçün səsin bərpası kimi müxtəlif sahələrdə sınaqdan keçiriblər.

Ancaq məhsul istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bəzi istifadəçilər səs təqlidlərindən istifadə etməklə fırıldaqçılıq, sui-istifadə hallarının baş verəcəyindən narahatlıqlarını bildiriblər.

“OpenAI” cavab olaraq bildirib ki, qeyri-qanuni istifadə ehtimalı səbəbindən proqram təminatının geniş şəkildə buraxılması planlaşdırılmayıb.

Mənbə: mk.ru

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top