Sumqayıtlı üç şəhidin ailəsinə mənzillər verilib
Ötən ilin aprel ayında cəbhənin təmas xəttində Ermənistanın silahlı təxribatının qarşısının alınması zamanı həlak olan üç şəhidin ailələrinə Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində yeni tikilən yaşayış binalarında mənzillər təqdim olunub. Tam təmirli olan mənzillər mebellə təchiz edilib, şəhid ailələrinin rahat yaşayışı üçün müasir tələblərə uyğun şərait yaradılıb.
Bu münasibətlə keçirilən tədbirdə Silahlı Qüvvələrimizin qüdrətindən söz açılıb. Bildirilib ki, Prezident İlham Əliyevin ölkənin hərbi gücünün artırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan Ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə dünya miqyasında qüdrətli ordular sırasındadır. Təcavüzkar Ermənistanın 2016-cı ilin aprel ayında ölkəmizə qarşı növbəti silahlı təxribatının qarşısının alınması, hərbi baxımdan strateji əhəmiyyətli bir neçə yüksəkliyin və yaşayış məntəqəsinin işğaldan azad olunması ordumuzun gücünü bir daha nümayiş etdirdi.
Vurğulanıb ki, aprel döyüşlərində Vətənin müdafiəsi zamanı qəhrəmancasına həlak olan şəhidlərin ailələrinin sosial müdafiəsi, həyat şəraitinin yaxşılaşdırılması şəhər rəhbərliyinin daim diqqət mərkəzindədir.
Sonra mənzillərin açarları və sənədləri şəhid ailələrinə təqdim edilib.
Aprel döyüşlərinin şəhidləri Mühid Orucov, Vüqar Yusifov və Elnur Əliyevin ailə üzvləri Prezident İlham Əliyevə göstərilən diqqət və qayğıya görə razılıqlarını bildiriblər.
BƏNZƏR MƏQALƏLƏR
-
Payızlıq əkinlərin EKTİS-də bəyan edilməsi prosesi yekun mərhələyə qədəm qoyub
Fermerlər öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməkdə davam edirlər. Əkinlərin bəyanı […]
-
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxıda fermer təsərrüfatına dəstək göstərilib
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda […]
-
Quba-Qonaqkənd avtomobil yolu – VİDEO
Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini […]