MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

tibb merkezi Sumqayit

Sumqayıtın 1794 nəfər sakininə icbari tibbi sığorta hesabına özəl tibb müəssisələrində xidmət göstərilib

Sumqayıt şəhərində 2021-ci ilin aprel ayının 1-dən icbari tibbi sığorta tətbiq olunur. Bir il ərzində 1794 nəfər şəhər əhalisinə özəl tibb müəssisələrində xidmət göstərilib.

Bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Vətəndaşlara Mərkəz tərəfindən verilən göndərişlər əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrində müayinə və əməliyyatlar həyata keçirilib. Onlardan 685 nəfərə MRT (Maqnit Rezonans Tomoqrafiya), 594 nəfər angioqrafiya, 33 nəfərə EMQ (Elektromioqrafiya), 7 nəfərə elastrometriya (Qaraciyərin ultrasəs müayinəsi), 7 nəfərə Beratest (Eşitmə müayinəsi) müayinəsindən, 7 nəfərə isə ilkin dializ prosedurundan keçmək üçün göndəriş verilib.

Cərrahi əməliyyatlara gəldikdə isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı imkanlar hesabına 82 nəfər Aorta-koronar şuntlama (Açıq ürək əməliyyatı), 59 nəfər stentləşmə, 122 nəfər böyrək, 100 nəfər göz, 8 nəfər beyin, 56 nəfər bel-oma, 17 nəfər diz, 17 nəfər anadangəlmə ürək qüsurundan (uşaqlarda Fallo tetradası) əməliyyat olunub.

AZƏRTAC

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top