Sumqayıtda yeni qazanxanalar tikilir - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sumqayıtda yeni qazanxanalar tikilir

Son bir ildə Sumqayıt şəhərinin inkişaf etdirilməsi istiqamətində mühüm layihələr həyata keçirilib. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin tərkib hissəsi olaraq Prezident İlham Əliyevin diqqəti sayəsində Sumqayıtda istismar müddətini başa vurmuş liftlər, yaşayış binalarının dam örtüyü yenilənib, zirzəmilər çirkab sulardan təmizlənib və dezinfeksiya işləri aparılıb. Məhəllədaxili yollara asfalt döşənib, su və kanalizasiya xətləri yenilənib. Görülən işlərlə bərabər, qış aylarında əhalinin istiliklə fasiləsiz təminatı da diqqət mərkəzində saxlanılır.

Şəhər ərazisində 24 qazanxana fəaliyyət göstərir. Şəhər İstilik Təsərrüfatı İdarəsi Sumqayıtda 240 yaşayış binasını, 30 məktəbi, 16 uşaq bağçasını, 17 səhiyyə müəssisəsini və 21 müxtəlif inzibati binanı istiliklə təmin edir.

Prezident İlham Əliyevin tapşırığına əsasən, Sumqayıtın 6, 9, 12, 13 və 18-ci mikrorayonlarında ümumilikdə 250 binanın istiliklə təmin olunması üçün aidiyyəti qurumlara tapşırıq verilib. Yeni qazanxanaların tikintisi üçün şəhər icra hakimiyyəti tərəfindən torpaq sahəsi ayrılıb, layihələndirmə işləri görülür.

Hazırda şəhərin 18-ci mikrorayonunun ərazisində mənzillərin və ictimai binaların istilik sistemi ilə təmin edilməsi məqsədilə yeni qazanxananın tikintisi intensiv surətdə davam edir. Yeni qazanxana istifadəyə verildikdən sonra bu yaşayış massivinin ikinci hissəsi də istiliklə təmin ediləcək.

Bundan başqa 12-ci mikrorayonda da yeni qazanxananın tikintisinə başlanıb. Bu qazanxananın istifadəyə verilməsi ilə 36 yaşayış binasının, 2 məktəbin və 2 uşaq bağçasının istilik problemi həllini tapacaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top