Sumqayıtda tullantıların düzgün idarə edilməməsinə görə fiziki şəxs 600 manat cərimələnib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sumqayıtda tullantıların düzgün idarə edilməməsinə görə fiziki şəxs 600 manat cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Reyd zamanı Sumqayıt Şəhər Məişət Tullantıları Poliqonunda məişət tullantılarının qanunvericiliyə uyğun qaydada zərərsizləşdirilmədiyi, yandırıldığı və nəticədə ətraf ərazilərə tüstü, kəskin qoxunun yayıldığı məlum olub.

Faktla bağlı poliqonun icarədarı Qəhrəman Qəhrəmanov barəsində protokol tərtib olunub və o, fiziki şəxs qismində 600 manat məbləğində cərimə edilib. Qanun pozuntusunun aradan qaldırılması üçün Q.Qəhrəmanova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top