SUMQAYITDA SOSİAL-İQTİSADİ İNKİŞAF SÜRƏTLƏ İNKİŞAF EDİR! - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

SUMQAYITDA SOSİAL-İQTİSADİ İNKİŞAF SÜRƏTLƏ İNKİŞAF EDİR!

 “Möhtəşəm olan bu layihə bitdikdən sonra, tam əminliklə demək olar ki, Sumqayıt bulvarı Bakıdan heç də geri qalmayacaq”.

“Şəhərin küçə və prospektləri, parkları,  yüz minlərlə  rəngarəng çiçəklərlə bəzədilir”

“Sakinlər ilə yanaşı, şəhərə  gələn turistlər rahat istirahət üçün tam əlverişli şərait yaradılacaq”

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında, Azərbaycan Respublikası Prezidentinin Fərmanından sonra regionlarda sosial-iqtisadi inkişaf daha da sürətlənmişdir.

Həyata keçirilən dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkənin bütün bölgələri kimi, Sumqayıt şəhəri də sürətlə inkişaf edir.

Reallaşdırılan layihələrə görə, Sumqayıt günü-gündən gözəlləşir, abadlaşır. Xüsusən Prezident İlham Əliyevin qayğı və diqqəti sayəsində Sumqayıt şəhəri nəinki Azərbaycanın, bütövlükdə regionun müasir sənaye və turizm mərkəzinə çevrilir.

Şəhərdə yaşıllıq sahələrinin artırılması, gül-çiçək kollarının, palma və digər  ağacların əkilməsini görürük. Əvvəllər  yalnız şəhərin mərkəzi gül-çiçək və yaşıllığı ilə diqqəti cəlb edirdisə, indi isə şəhərin küçə və prospektləri, parkları, və s,  yüz minlərlə  rəngarəng çiçəklərlə bəzədilir.

Sumqayıtda nəyin ki, küçələr gül-çiçəklə bəzədilir, hətta köhnə tikili olan binaların bərpası prosesi, yenidən rənglənməsini çox uğurla aparıldığını görürük. Bərpa işləri təkcə xarici görüntü ilə məhdudlaşmır, binaların təməli də daxil olmaqla, bərpa işləri aparılır. Binaların içində olan kommunikasiyalar, liftlər təzələnib və təzələnir. Binaların damları yenidən qurulub və qururlur.

Aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin əsas istiqamətlərindən biri də şəhərdaxili yolların genişləndirilməsi, təmiri və yenidən qurulması ilə bağlıdır. Nəqliyyatın intensiv hərəkəti üçün prospect və küçələrin genişləndirilməsini, şəhərin girişindən başlanılıb. Bu işlərin surətlə, zövqlə aparıldığını görürük.

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırığına əsasən bulvarın yeni layihəsi hazırlandıqdan sonra, qısa müddət ərzində ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan ərazidə başlanılan tikinti işləri sürətlə davam edir.  Bulvar ərazisində gedən tikinti işləri ilə yanaşı  yaşıllaşdırma işləri də aparılır. Bu görüntü bulvarı daha da cəlb edici göstərir.

Möhtəşəm olan bu layihə bitdikdən sonra, tam əminliklə demək olar ki, Sumqayıt bulvarı Bakıdan heç də geri qalmayacaq.

Layihədə,  sakinlərin piyada gəzintisi ilə yanaşı, velosiped, avtomobil hərəkət zolağı salınır.

Sakinlər ilə yanaşı, şəhərə  gələn turistlər rahat istirahət üçün tam əlverişli şərait yaradılacaq. İstirahət obyektləri, atraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturunu buna nümunə kimi göstərmək olar.

Hətta bulvardan Bakıya gəmilərin hərəkəti üçün şərait yaradılacaq.

Qısa zaman ərzində Sumqayıt  şəhərində həyata keçirilən bu genişmiqyaslı işlər dövlət başçısı cənab prezident İlham Əliyevin şəxsi tapşırığı və tövsiyələri ilə yanaşı, Sumqayıt şəhərinə və onun əhalisinə olan diqqət və qayğısı nəticəsində mümkün olmuşdur.

Müəllif: Arzu Qafarlı

IMG_2610

BeFunky Collage

IMG_2617

IMG_2619

IMG_2636

IMG_2637

zakir ferecov455

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top