Sumqayıtda karantin rejiminə nəzarət davam etdirilir - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sumqayıtda karantin rejiminə nəzarət davam etdirilir

ECONOMİC: Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsinin eyni zamanda Polis İdarəsinin təşkilatçılığı ilə müxtəlif sahələri təmsil edən könüllü gənclərdən ibarət mobil qruplar tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, karantin rejimi qaydalarına riayət olunması məqsədilə gündəlik gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilir. Təşkil edilən qruplar vasitəsi ilə şəhərin mərkəzi küçə və prospektində yerləşən obyektlərdə sosial məsafəni gözləməyən, maskalardan istifadə etməyən şəxslərlə maarifləndirici söhbətlər aparılır, mövcud pandemiya qaydalarına riayət olunmasının vacibliyi diqqətə çatdırılır.
Tədbir zamanı könüllülər tərəfindən sakinlərlə fərdi-profilaktik söhbətlər aparılmış, pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri izah edilmiş, maarifləndirici xarakterli təlimat vərəqləri paylanmışdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top