Sumqayıtda “Gənc Mühəndislər Laboratoriyası”na yekun vuruldu - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sumqayıtda “Gənc Mühəndislər Laboratoriyası”na yekun vuruldu

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Tələbələri İctimai Birliyi tərəfindən Gənclər Fondunun XV qrant müsabiqəsi çərçivəsində icra olunan “Gənc Mühəndislər Laboratoriyası” layihəsinə yekun vurulub.
19 noyabr 2021-ci il tarixində 31 nömrəli tam orta məktəbin informatika otağında keçirilən növbəti sayca 5-ci təlimdə iştirakçıları salamlayan layihə rəhbəri Ceyhun Hüseynov çıxışında ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, Gənclər Fondunun və İctimai Birliyin fəaliyyətindən danışmışıdır. Bildirildi ki, Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən “Gənc Mühəndislər Laboratoriyası” layihəsinin məqsədi gənclərin alqoritmik düşüncə, məntiq, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsidir. Qeyd olundu ki, layihə çərçivəsində ümumilikdə 150 nəfər iştirakçı olmaqla 5 təlim keçirilmişdir.
Təhsil müəssisəsinin direktoru Leyla Əliyeva çıxışında layihənin əhəmiyyətindən, informasiya texnologiyaları mühəndisliyi sahəsində gənclərin üzə çıxarılmasının vacibliyindən danışmış və layihənin gedişatına uğurlar arzu etmişdir.
Daha sonra təlimçi Ramil Süleymanov tərəfindən Robot texnologiyaları, mühəndislik və kod tədrisi, İKT sahəsində mühəndislik bacarıqları, dizayn və müasir texnologiya istiqamətində biliklər iştirakçılara çatdırılmış, “First Lego League (FLL) Azərbaycan” mühəndislik və robototexnika olimpiadası və “Rəqəmsal bacarıqlar” pilot layihəsində iştirak şərtləri haqqında geniş məlumatlar verilmiş, gəncləri maraqlandıran suallar cavablandırılmışdır və sonda iştirakçılara sertifikatlar təqdim edilmişdir.
Qeyd edək ki, layihənin davamlılığının təmin edilməsi məqsədilə keçirilən beş təlimdə aktiv olan gənclərin elektron platformasının yaradılması, müvafiq istiqamətdə işlərin mütəmadi olaraq görülməsi planlaşdırılır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top